SON DƏQİQƏ
» » Tiflisə gedən qatar niyə yolda qalıb? - Rəsmi açıqlama

Tiflisə gedən qatar niyə yolda qalıb? - Rəsmi açıqlama

Tarix:

9-07-2019, 10:20

/ 2 006 dəfə oxundu.
Tiflisə gedən qatar niyə yolda qalıb? - Rəsmi açıqlama

Ötən gecə Bakı-Tiflis qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) GunAz.az-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tiflis sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tiflis sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ