SON DƏQİQƏ

İdmançımız Neapolda gümüş qazandı

Tarix:

5-07-2019, 23:05

/ 923 dəfə oxundu.
İdmançımız Neapolda gümüş qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.

GunAz.az xəbər verir ki, universiadanın ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmane (Fransa), Marko Qusiç (Monteneqro), Tsoqtbaatar Tsend-Oçiri (Monqolustan) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə rusiyalı Evgeni Prokopçuka məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.

Digər təmsilçimiz Murad Fətiyev (81 kq) isə ilk görüşdə hollandiyalı Yim Heymana uduzub.

Millimizin üzvlərindən Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) yarışların birinci günündə mübarizəni dayandırıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ