SON DƏQİQƏ
» » Ərdoğan ABŞ-ın F-35 təyyarələrini tədarük etməkdən imtina etməsini soyğunçuluq adlandırıb

Ərdoğan ABŞ-ın F-35 təyyarələrini tədarük etməkdən imtina etməsini soyğunçuluq adlandırıb

Tarix:

4-07-2019, 20:37

/ 1 366 dəfə oxundu.
Ərdoğan ABŞ-ın F-35 təyyarələrini tədarük etməkdən imtina etməsini soyğunçuluq adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər ABŞ Ankaraya F-35 qırıcıları satmaqdan imtina etsə bu soyğunçuluq olar.

"Əgər bir müştəri varsa və bu müştəri tam olaraq vaxtında ödəniş edirsə, bu müştəriyə mallarını necə verməyə bilərsiniz? Bu soyğun adlanır", - deyə prezident Pekinə səfəri zamanı jurnalistlərə bildirib.

GunAz.az İnterfaks-a istinadən xəbər verir ki, Ərdoğan Ankaranın 116 ədəd  F-35 təyyarəsinin alınması üçün müqavilə imzaladığını xatırladıb və onun üçün 1,4 milyard dollar ödəndiyini, dörd təyyarənin artıq tədarük edildiyini bildirib.

Türkiyə yalnız bir satış bazarı deyil, həm də bu təyyarələrin istehsalında iştirak edən ölkədir.

скачать dle 12.1

Şərhlər