SON DƏQİQƏ
» » Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

Tarix:

4-07-2019, 13:00

/ 1 400 dəfə oxundu.
Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Çelsi”nin saytı xəbər verir ki, London klubunun sabiq futbolçusu Frank Ləmpard bu klubun baş məşqçisi təyin olunub.

41 yaşlı mütəxəssislə üç illik müqavilə bağlanılıb. Müqavilə imzalanması prosesində “Çelsi”nin rusiyalı direktoru Marina Qranovskaya iştirak edib.

Ləmpard 13 il bu klubda çıxış edib. O, 2001-2014-cü illərdə çıxış etdiyi London klubunda 648 oyuna 211 qol vurub ki, bu da komandanın tarixinə ən çox qol vuran futbolçu kimi düşməyinə səbəb olub.

Frənk Ləmpard ötən mövsüm İngiltərə I divizionunda “Derbi Kaunti” klubunu çalışdırıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda digər London klubu olan “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub. Bununla belə, komandanın italiyalı baş məşqçisi Mauritsio Sarri klubdan ayrılaraq, “Yuventus”a çalışdırıcı təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ