Rio-de-Janeyronun "Marakana" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela komandaları üz-üzə gəlib.
GunAz.az xəbər verir ki, matç argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentinanın heyətində Martines (10) və Lo Çelso (74) fərqlənib.
Argentina millisi yarımfinalda Braziliya yığması ilə qarşılaşacaq.