SON DƏQİQƏ
» » Üç qadın güləşçimiz finalın bir addımlığında

Üç qadın güləşçimiz finalın bir addımlığında

Tarix:

27-06-2019, 15:04

/ 1 987 dəfə oxundu.
Üç qadın güləşçimiz finalın bir addımlığında

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

GunAz.az xəbər verir ki, bu gün son dörd qadın güləşçimiz mübarizəyə qoşulub. 

Mariya Stadnik (-50 kq) mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə 10:0 qalib gələrək yarımfinala yüksəlib. Onun rəqibi türkiyəli Evin Dəmirhan olacaq.

Alyona Kolesnik (-57 kq) yarışa macar rəqibi üzərində parlaq qələbəylə başlayıb – 10:0. Ancaq Kolesnik 1/4 finalda Bolqarıstan idmançısına 0:6 hesabı ilə məğlub olub.

Elmira Qəmbərova (-62 kq) ilk mərhələdə Almaniya təmsilçisinə 4:0 qalib gəlib. Həmyerlimiz ardınca Polşa təmsilçisini çətinlik çəkmədən (9:0) yolundan kənarlaşdıraraq, yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibi rumıniyalı Krişta İnçe olacaq.

Səbirə Əliyeva (-76 kq) üçün də start çox uğurlu alınıb. Həmyerlimiz çətinlik çəkmədən yunan həmkarını üstələyib – 9:0. Daha sonra britaniyalı rəqibinə gücünü göstərən (8:2) Əliyeva adını yarımfinala yazdırıb. O, finala çıxmaq üçün almaniyalı Rafadelt Fransi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ