SON DƏQİQƏ
» » "Minsk-2019": Hacı Əliyev bir gündə iki ermənini udub finala çıxdı - YENİLƏNİB

"Minsk-2019": Hacı Əliyev bir gündə iki ermənini udub finala çıxdı - YENİLƏNİB

Tarix:

26-06-2019, 23:28

/ 2 345 dəfə oxundu.
"Minsk-2019": Hacı Əliyev bir gündə iki ermənini udub finala çıxdı - YENİLƏNİB

Hacı Əliyev yarımfinal görüşünə çıxıb.

GunAz.az xəbər verir ki, onun rəqib Ukraynanı təmsil edən erməni əsilli Hor Ohanesyan olub. İlk yarı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Hacı Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.
Finalda Hacı Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.
16.08
 
Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib.
GunAz.az xəbər verir ki, o, Koliyevi də 7:5 hesabı ilə üstələyərək yarımfinala çıxıb. Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.
97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.
13.41
97 kq çəki dərəcəsində yarışan Nurməhəmməd Hacıyev 1/8 finalda polşalı Radoslav Baranla qarşılaşıb.
Sfera.az xəbər verir ki, döyüş idmançımızın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.
Hacı Əliyevin də 1/4 finaldakı rəqibi müəyyənləşib. Həmyerlimiz yarımfinala vəsiqə uğdunda belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.
12.45
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.
GunAz.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. 65 kq çəki dərəcəsində baş tutan görüşdə idmançımız rəqibini 6:0 hesabı ilə məğlub edib. 
Digər sərbəst güləşçimiz Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.
86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ