SON DƏQİQƏ
» » Kolumbiya Qətər, Argentina Paraqvayl minimal hesablar

Kolumbiya Qətər, Argentina Paraqvayl minimal hesablar

Tarix:

20-06-2019, 08:44

/ 950 dəfə oxundu.
Kolumbiya Qətər, Argentina Paraqvayl minimal hesablar

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 2-ci tur matçında Kolumbiya yığması Qətər millisi ilə qarşılaşıb.

GunAz.az xəbər verir ki, matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qol 85-ci dəqiqədə vurulub: Duvan Sapata Hames Rodriqesin ötürməsindən sonra fərqlənib.

Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya "B" qrupunun birinci pilləsində möhkəmlənib və turnirin "play-off" mərhələsini özünə təmin edib.

Qrupun digər qarşılaşmasında Argentina Paraqvayla bacarmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qolların hər ikisi penaltidən vurulub: müvafiq olaraq Lionel Messi və Derlis Gonzalez fərqlənib.

Hazırda Kolumbiya qrupda 6 xalla birinci, Paraqvay 2 xalla 2-ci, Qətər 1 xalla 3-cü, Argentina isə 1 xalla sonuncu pillədə qərarlaşıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ