SON DƏQİQƏ
» » Qurban Qurbanovun oğlu oynadı, "Qarabağ" qalib gəldi

Qurban Qurbanovun oğlu oynadı, "Qarabağ" qalib gəldi

Tarix:

15-06-2019, 21:12

/ 2 017 dəfə oxundu.
Qurban Qurbanovun oğlu oynadı, "Qarabağ" qalib gəldi

2019/2020 mövsümünə hazırlaşan "Qarabağ" Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama keçirib.

Qol.az-ın məlumatına görə, Ağdam klubu "Azərsun Arena"da "Səbail"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb. "Qarabağ"ın heyətində Qurban Qurbanovun oğlu Musa Qurbanlı da iştirak edib.

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ