SON DƏQİQƏ
» » Türkiyədən məğlubiyyət, Almaniya, Fransa isə...

Türkiyədən məğlubiyyət, Almaniya, Fransa isə...

Tarix:

12-06-2019, 08:11

/ 867 dəfə oxundu.
Türkiyədən məğlubiyyət, Almaniya, Fransa isə...

Bu gün Avro-2020-nin seçmə mərhələsində 4-cü tura yekun vurulub.

GunAz.az xəbər verir ki, son oyun günündə 5 qrupda 13 görüş keçirilib.

Millimizlə E qrupunda yer alan Macarıstan və Uels yığmaları üz-üzə gəlib. Üç gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) qrup lideri macarlar növbəti qələbələrini qazanıblar.

Azərbaycanlı futbolsevərlərin oyunlarını maraqla izlədiyi Türkiyə millisi isə İslandiya səfərinə yollanıb. Qrupda keçirdiyi hər üç oyunda qalib gələrək lider olan Şenol Günəşin komandasının zirvədəki yerini qoruması üçün bir xal da kifayət edəcəkdi. Amma "ay-ulduzlular" 1:2 hesabı ilə uduzaraq, zirvəni əldən veriblər.

C qrupu

22:45. Belarus - Şimali İrlandiya - 0:1

22:45. Almaniya - Estoniya - 8:0

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5

22:45. Macarıstan - Uels - 1:0

H qrupu

22:45. Albaniya - Moldova - 1:0

22:45. Andorra - Fransa - 0:4

22:45. İslandiya - Türkiyə - 2:1

I qrupu

18:00. Qazaxıstan - San Marino - 4:0

22:45. Belçika - Şotlandiya - 3:0

22:45. Rusiya - Kipr - 1:0

J qrupu

22:45. Yunanıstan - Ermənistan - 2:3

22:45. İtaliya - Bosniya və Herseqovina - 2:1

22:45. Lixtenşteyn - Finalndiya - 0:2

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ