AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

GunAz.az-ın xəbərinə görə, E qrupunda yer alan Nikola Yurçeviçin yetirmələri “Bakcell Arena”da Slovakiya komandasını qəbul edəcək.

Bu, millimizin qrupda üçüncü oyunudur. Azərbaycan komandası bundan əvvəl keçirdiyi iki oyunun hər ikisində məğlub olub.

Yığmamız Xorvatiyaya səfərdə 1:2, Macarıstana isə Bakıda 1:3 hesabı ilə uduzub.

Qrupun digər oyununda isə Macarıstan və Uels milliləri qarşılaşacaq.

E qrupuna 6 xalla Macarıstan və Xorvatiya komandaları başçılıq edir. Hərəyə üç xal toplayan Uels və Slovakiya 3-4 yerləri bölüşürlər. Hələlik bir xal belə qazanmayan Azərbaycan komandası isə sonuncu yerdədir.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]