SON DƏQİQƏ
» » Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı

Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı

Tarix:

8-06-2019, 09:44

/ 2 104 dəfə oxundu.
Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı

Bu gün Azərbaycan millisi 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

GunAz.az xəbər verir ki, E qrupunda mübarizə aparan yığmamız saat 20:00-da “Bakcell Arena”da Macarıstan komandasını qəbul edəcək.

Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər oyunu Xorvatiya və Uels yığmaları arasında keçiriləcək.

Millimizin baş məşqçisi Nikola Yurçeviç bugünkü oyunla bağlı nikbin olduğunu qeyd etmişdi.

Xatırladaq ki, Azərbaycan yığması ilk matçda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ