SON DƏQİQƏ
» » Messi Argentina-Nikaraqua matçında iki dəqiqəyə dubl edib - VİDEO

Messi Argentina-Nikaraqua matçında iki dəqiqəyə dubl edib - VİDEO

Tarix:

8-06-2019, 08:13

/ 1 806 dəfə oxundu.
Messi Argentina-Nikaraqua matçında iki dəqiqəyə dubl edib - VİDEO

Argentina millisi yoldaşlıq oyununda Nikaraqua yığmasını 5:1 hesabı ilə məğlub edib.

GunAz.az TASS-a istinadən xəbər verir ki, görüş San-Xuan şəhərinin "Bisentenario" stadionunda baş tutub.

Argentinanın heyətində Lionel Messi (37 və 38-ci dəqiqələrdə) dubl edib. Daha iki qola isə İtaliya "İnter"inin forvardı Lautaro Martines (63, 73) imza atıb. Komandanın beşinci qolunu İngiltərənin "Uotford" klubunun yarımmüdafiəçisi Roberto Pereyra (81) vurub. Məğlub komandanın təsəlli qolunu Xuan Barrera qapıdan keçirib.

Paralel keçən oyunda Uruqvay Panamanı 3:0 hesabı ilə məğlub edib. Qolları Maksi Qomes (19), Luis Suares (69) və Federiko Valverde (79) vurub.

скачать dle 12.1

Şərhlər