SON DƏQİQƏ

Xavi karyerasının sonu

Tarix:

21-05-2019, 09:54

/ 263 dəfə oxundu.
Xavi karyerasının sonu

İspaniya millisi və "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.

GunAz.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi ötən gün son oyununa çıxıb. O, Qətərin "Əl-Sədd" klununun hyətində Asiya Çempionlar Liqasında "Perspolis"lə görüşdən sonra meydanı birdəfəlik tərk edib. Xavinin "Əl-Sədd"də qalaraq məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.

Qeyd edək ki, uzun illər "Barselona"nın kapitanı olmuş Xavi 2000-2014-cü illərdə bu komandada 767 oyuna çıxıb. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə Superkubokunun, 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatının qalibidir.

O həmçinin, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ