SON DƏQİQƏ
» » Nazirlikdən "Arsenal"ın erməni futbolçusu ilə bağlı - Açıqlama

Nazirlikdən "Arsenal"ın erməni futbolçusu ilə bağlı - Açıqlama

Tarix:

13-05-2019, 09:14

/ 287 dəfə oxundu.
Nazirlikdən "Arsenal"ın erməni futbolçusu ilə bağlı - Açıqlama

Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Yenicag.az-a bildirib ki, deyilənlər heç bir reallığı əks etdirmir.
Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ