SON DƏQİQƏ
» » “Qarabağ” 35 min manat xərcə düşüb azarkeşlərə bilet payladı - YENİLƏNİB

“Qarabağ” 35 min manat xərcə düşüb azarkeşlərə bilet payladı - YENİLƏNİB

Tarix:

11-05-2019, 17:00

/ 271 dəfə oxundu.
“Qarabağ” 35 min manat xərcə düşüb azarkeşlərə bilet payladı - YENİLƏNİB

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının “Neftçi” ilə görüşü üçün azarkeşlərinə 700 bilet paylayıb.

GunAz.az-ın xəbərinə görə, Ağdam klubu biri 50 manatdan olan biletlər üçün ümumilikdə 35000 manat xərcə düşüb. 

Bunu klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da saytımıza açıqlamasında təsdiqləyib.

14:08

“Neftçi”nin bizimlə oyuna biletlərin qiymətini 50 manata qaldırmasını birinci dəfə sizdən eşidirəm.

Bunu GunAz.az-a “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib.

“Neftçi”nin siyasətinə başqa klub olaraq qarışa bilmərik. Bu qiymət artımında “Qarabağ” azarkeşlərinin stadiona gəlməsinin qarşısının alınması məqsədi də ola bilər, başqa səbəb də ola bilər.

Amma istənilən halda biz klub olaraq azarkeşlərimizin arxasındayıq. Onlar üçün bilet təşkilində yardımçı olmağa hazırıq”, – deyə Əmrah Çəlikəl bildirib.

12:15

Bu, Azərbaycan derbisidir. Ona görə də biletlərin qiymətini 50 manata qaldırdıq.

Bunu GunAz.az-a “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev biletlərin 1-5 manatdan 50 manata kimi artırılmasını şərh edərkən bildirib.

O qeyd edib ki, biletlərdə qiymət artımı kommersiya məqsədi ilə edilib:

“Neftçi” - “Qarabağ” oyunu çempionatın son turunun mərkəzi qarşılaşması olduğuna görə çox sayda azarkeşin gələcəyi gözlənilir. Bu üzdən biz də biletlərin qiymətini qaldırmaq qərarına gəldik. İstəyən pul verib, bilet alsın.

Ümumiyyətlə, bizdə həmişə biletlər oyun günü satılıb. Yəni bu oyun üçün əvvəlki günlərdə 1 manatlıq bilet heç kimə satılmayıb”.

11:53

Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün saat 18:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun biletlərinin qiyməti qaldırılıb.

GunAz.az xəbər verir ki, meydan sahibi “Neftçi” bu oyuna biletlərin qiymətinin bütün sektorlara 50 AZN təşkil etdiyini açıqlayıb. 

Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Bundan əvvəl “Neftçi”nin oyununa biletlərin qiyməti 1-5 manata olurdu.

Qeyd edək ki, “Neftçi”ni çempionluqdan edən “Qarabağ” komandası bu gün qızıl medalları məhz bu meydanda alacaq və kuboku bu stadionda başı üzərinə qaldıracaq. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər