SON DƏQİQƏ

Çl:"Tottenhem" FINALDA

Tarix:

9-05-2019, 08:13

/ 268 dəfə oxundu.
Çl:"Tottenhem" FINALDA

UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.
GunAz.az-ın məlumatına görə, "Tottenhem" klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.
Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.
İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.
Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ