SON DƏQİQƏ
» » Suares “Barselona” futbolçularını uşaqlarla müqayisə etdi

Suares “Barselona” futbolçularını uşaqlarla müqayisə etdi

Tarix:

8-05-2019, 17:30

/ 260 dəfə oxundu.
Suares “Barselona” futbolçularını uşaqlarla müqayisə etdi

“Barselona” klubunun hücumçusu Luis Suares Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a qarşı keçirilən matçda məğlub olmalarını şərh edib.

Bu barədə “Marca” məlumat verir.

Suares həlledici qolun vurulması zamanı komanda oyunçularının azyaşlı uşaqlar kimi göründüyünü dilə gətirib.

Onun sözlərinə görə, bu məğlubiyyətdən sonra komanda yoldaşları özlərini “tənqid yağışı”na hazırlamadırlar. O, komandanın bu məğlubiyyətinin və onun səbəblərinin hərtərəfli şəkildə təhlil edilməsini vacib sayır.

Qeyd edək ki, ötən gün “Enfild” stadionunda keçirilən “Liverpul”-“Barselona” matçında birinci inanılmaz qələbə qazanaraq (4:0) finala vəsiqə qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ