SON DƏQİQƏ

ÇL: "Liverpul" "Barselona"nı darmadağın ETDİ

Tarix:

8-05-2019, 08:16

/ 243 dəfə oxundu.
ÇL: "Liverpul" "Barselona"nı darmadağın ETDİ

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

GunAz.az-ın məlumatına görə, İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib.

Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr).

Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, "Barselona"nın meydanında keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ