SON DƏQİQƏ

"Qarabağ"dan növbəti darmadağın

Tarix:

27-04-2019, 19:53

/ 10 247 dəfə oxundu.
"Qarabağ"dan növbəti darmadağın

Aprelin 27-də Topaz Premyer Liqasının 26-cı turuna “Zirə” – “Qarabağ” oyunu ilə start verilib.

GunAz.az xəbər verir ki, Zirə Olimpiya Kompleksində oynanılan görüş Ağdam təmsilçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qurban Qurbanovun yetirmələrindən Dani Kintana (20), Filip Ozobiç (28) və Mahir Mədətov (79) fərqləniblər.

Bu qələbə sayəsində “Qarabağ” xal ehtiyatını 60-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Ağdamlılar əsas izləyiciləri “Neftçi”dən 5 xal irəlidədirlər. “Zirə” isə 25 xalla altıncı yerdə qərarlaşıb.

Futbol üzrə Azərbaycan çempionatının 25-ci turunun bütün görüşləri bu gün keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ