SON DƏQİQƏ

Pilot: Bakı trası çox xoşuma gəlir

Tarix:

25-04-2019, 18:39

/ 10 285 dəfə oxundu.
Pilot: Bakı trası çox xoşuma gəlir

Bakı trası çox xoşuma gəlir. Bu trasdakı imkanlardan istifadə etmək lazımdır.

 Bunu “Racing Point” komandasının pilotu Lens Stroll bu gün keçirilən mətbuat konfransında deyib.

L.Stroll Bakı trekinə çıxmağı çox səbrsizliklə gözlədiyini bildirib:

“Bakıda ilk dəfə 2017-ci ildə fəxri kürsüyə çıxmışam. Ümumiyyətlə şəhər trasını çox bəyənirəm, Bakıda da yarış üçün gözəl trek var”.

Onun sözlərinə görə, döngələr kifayət qədər çətindir, çoxlu sayda 90 dərəcəlik döngələr var və ona görə də pilotlar öz ustalıqlarını göstərməlidirlər: “Divarlar trasa yaxın yerləşir. Bir sözlə pilotların səhv etmək ixtiyarı yoxdur”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisi aprelin 28-dək davam edəcək.

Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ