SON DƏQİQƏ

Mahir Mədətovdan alqışa layiq jest

Tarix:

19-04-2019, 22:50

/ 10 297 dəfə oxundu.
Mahir Mədətovdan alqışa layiq jest

Topaz Premyer Liqasının XXV turu çərçivəsində baş tutan "Qarabağ" - "Keşlə" matçında xoşagəlməz hal yaşanmışdı.

GunAz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, matçın 18-ci dəqiqəsində, "Qarabağ"ın ilk qolundan bir neçə saniyə əvvəl "Keşlə"nin qapıçısı Şahin Zəkiyev ağır zədə almışdı. Belə ki, həmin vaxt "Qarabağ"ın hücumçusu Mahir Mədətovla mübarizə zamanı hücumçunun ayağına tuş gələn Zəkiyevin burnu sınmış, qapıçı dərhal əvəzlənib, daha sonra əməliyyat olunmuşdu.

Mədətovun bu xoşagəlməz halla bağlı atdığı addım isə alqışa layiqdir deyə bilərik. Məsələ burasındadır ki, hücumçu oyun zamanı bilməyərəkdən zədələdiyi Şahini ziyarət edib. Mahir qapıçının əməliyyat olunduğu xəstəxanaya baş çəkib. O "Keşlə"nin qolkiperi ilə fotosunu da paylaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ