SON DƏQİQƏ
» » Barsolona və Ayaks yarımfinala, Yuventus və M. Yunayted evə getdilər-VİDEO

Barsolona və Ayaks yarımfinala, Yuventus və M. Yunayted evə getdilər-VİDEO

Tarix:

17-04-2019, 08:00

/ 10 436 dəfə oxundu.
Barsolona və Ayaks yarımfinala, Yuventus və M. Yunayted evə getdilər-VİDEO

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

GunAz.az-ın məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 16-cı dəqiqədə kataloniyalıların hücumçusu Lionel Messi açıb. Cəmi 4 dəqiqə sonra Messi hesabda fərqi artırıb.

Oyunun son qolunu 61-ci dəqiqədə uzaq məsafədən zərbə ilə Filipe Koutinyo vurub.

Xatırladaq ki, komandalar arasında ilk oyun kataloniyalıların 1:0 hesabı ilə yekunlaşıb. Beləliklə, “Barselona” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Turnirin digər ¼ final oyunu İtaliyada keçirilib. “Yuventus” Hollandiyanın “Ayaks” klubunu qəbul edib.

Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kristiano Ronaldonun 28-ci dəqiqədə vurduğu qola, hollandiyalılar 34-cü (Van de Bek) və 67-ci (Matteys de Liqt) dəqiqələrdə cavab verib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Ayaks" Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

скачать dle 12.1

Şərhlər