SON DƏQİQƏ
» » Daha bir azərbaycanlı güləşçi erməni idmançını məğlub etdi

Daha bir azərbaycanlı güləşçi erməni idmançını məğlub etdi

Tarix:

13-04-2019, 15:33

/ 10 269 dəfə oxundu.
Daha bir azərbaycanlı güləşçi erməni idmançını məğlub etdi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.

GunAz.az xəbər verir ki, yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.

O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və  İslam Abbasov erməni idmançıları məğlub ediblər. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ