SON DƏQİQƏ
» » Kaka: Rusları keçsəydik, Azərbaycanda hər birimizə 25 min dollar veriləcəkdi

Kaka: Rusları keçsəydik, Azərbaycanda hər birimizə 25 min dollar veriləcəkdi

Tarix:

11-04-2019, 11:00

/ 10 237 dəfə oxundu.
Kaka: Rusları keçsəydik, Azərbaycanda hər birimizə 25 min dollar veriləcəkdi

Futzal üzrə Azərbaycan millisinin sabiq oyunçusu Paulo Rikardo Kaka Qazaxıstan mətbuatına müsahibə verib.

O, vesti.kz saytına müsahibəsində Rusiyada rastlaşdığı irqçilikdən, rus dilini necə öyrənməsindən, millimizin baş məşqçisi Joze Alesionun ona köməyindən danışıb.

Hazırda Qazaxıstanın “Qeyrət” klubunun baş məşqçisi olan 42 yaşlı braziliyalı bildirib ki, oyunçu karyerası ərzində ən böyük mükafat vədini ona məhz Azərbaycanda veriblər: 

“Azərbaycan millisində oynadığım zaman biz dünya çempionatına vəsiqə üçün Rusiya ilə oynayırdıq. Əgər onları keçsəydik, hər bir oyunçuya 25 min dollar verəcəkdilər. Amma biz onda onları məğlub edə bilmədik”.

Qeyd edək ki, Kaka bir müddət “Neftçi” İdman Klubunun futzal komandasını da çalışdırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ