SON DƏQİQƏ
» » “Mançester Yunayted” “Barselona”ya qarşı - PREVYU

“Mançester Yunayted” “Barselona”ya qarşı - PREVYU

Tarix:

10-04-2019, 09:43

/ 10 300 dəfə oxundu.
“Mançester Yunayted” “Barselona”ya qarşı - PREVYU

UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin daha iki görüşü keçiriləcək.

GunAz.az xəbər verir ki, oyunlar Amsterdam və Mançester şəhərlərində baş tutacaq.

23:00 “Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
Yohan Kröyf adına Arena. Baş hakim: Karlos del Sero (İspaniya)

“Ayaks” artıq bundan öncəki mərhələdə bu turnirin kubokunu ardıcıl üç dəfə başı üzərinə qaldırmış Madrid “Real”ını devirməyi bacarıb. İndiki rəqib isə İtaliyanın dəyişməz çempionu “Yuventus”dur.

Meydan sahibləri bu görüşdə afrikalı futbolçuları – burkina fasolu Hassan Bande və mərakeşli Nussayr Mazrauinin xidmətindən yararlana bilməyəcək. İlk oyunçu zədəli, ikincisi isə cəzalı durumda olduğu üçün oynaya bilməyəcək.

Turin klubunda isə Andrea Barzalyinin və kolumbiyalı Xuan Kuadradonun yoxluğu hiss oluna bilər. Bu zədəlilərin siyahısında uruqvaylı Martin Kaseres də var.

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)
“Old Traford” stadionu. Baş hakim: Canluka Rokki (İtaliya)

Heç şübhə etmədən demək olar ki, 1/4 final cütləri arasında ən maraqla gözləniləni məhz budur. “Mançester Yunayted”in Fransa çempionu PSJ-ni turnirdən uzaqlaşdırması çoxlarına bəllidir. Ule Qunar Sulşerin yetirmələri bu məharətini İspaniya çempionuna da qarşı göstərə biləcəkmi?

İtaliyalı Matteo Darmian, “Barselona”nın sabiq futbolçusu olan çilili Aleksis Sançes və ekvadorlu Antonio Valensiyanın bu matçda oynaması gözlənilmir. Qarşı tərəfdə isə braziliyalı Rafinya ilə belçikalı Tomas Vermalenin zədələri var.

“Barselona”nın martda “Jirona” ilə yoxlama matçında uduzmasını hesablamasaq, bu komanda 16 matçdır ki, uduzmur. Sonuncu məğlubiyyət yanvarın 24-də İspaniya Kubokunda “Sevilya” ilə görüşdə (0:2) qeydə alınıb. Bu komandaların Çempionlar Liqasında son görüşü səkkiz il əvvələ gedib çıxır. Onda – 28 may 2011-ci ildə “Barselona” rəqibini turnirin finalında 3:1 məğlub edib. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər