SON DƏQİQƏ
» » Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı

Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı

Tarix:

25-03-2019, 16:06

/ 10 336 dəfə oxundu.
Bədii gimnastımız beynəlxalq turnirdə iki bürünc medal qazandı

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Qızlarımızdan gənclər arasında mübarizə aparan A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək millimizin hesabına iki bürünc medal yazdırıb və bayram günlərində komandaya ikiqat sevinc yaşadıb. Gimnastımızın iplə çıxışı isə onu 6-cı edib.

Digər final mərhələsində daha bir gimnastımız N.Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.

Böyüklər arasında isə V.Qudis top ilə 6-cı, D.Sorokina isə gürzlərlə 7-ci yerdə yarışı başa vurublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ