SON DƏQİQƏ
» » Azərbaycanlı futbolçular Samara klubuna qələbə qazandırdı

Azərbaycanlı futbolçular Samara klubuna qələbə qazandırdı

Tarix:

15-03-2019, 23:41

/ 10 340 dəfə oxundu.
Azərbaycanlı futbolçular Samara klubuna qələbə qazandırdı

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasının 20-ci turunda növbəti qolunu vurub. 

Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” klubunun rəsmi saytında dərc olunan məlumata əsasən, futbolçumuz  “Anji” klubuna qarşı keçirilən qarşılaşmanın 88-ci dəqiqəsində penaltini qola çevirə bilib. 

“Krılya Sovetov”da çıxış edən digər Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov qarşılaşmanın 28-ci dəqiqəsində vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda salıb. 

“Krılya Sovetov” qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. 

Xatırladaq ki, R.Şeydayev bundan əvvəl “Lokomotiv” və “Yenisey” ilə qarşılaşmalarda fərqlənə bilib. Bu, onun üç ardıcıl turda üçüncü qoludur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ