SON DƏQİQƏ
» » Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

Tarix:

15-03-2019, 20:48

/ 10 316 dəfə oxundu.
Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb.

Azərbaycan Sumo Federasiyasından GunAz.az-a verilən məlumata görə, sumoçumuz Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, 37 idmançının qatıldığı yarışda Sinqapur, Türkmənistan və Özbəkistan təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda sabiq dünya çempionu moldovalı güləşçi ilə görüşdə bərabər xal toplasa da (3:3) hakimlərin ədalətsiz qərarı nəticəsində uduzub.

Azərbaycanlı idmançılardan Zaur Bağırov hələ çempionatda mübarizəyə başlamayıb.

Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ