SON DƏQİQƏ
» » Zidan sabahdan “Real”a qayıdır - Peres söz verdi...

Zidan sabahdan “Real”a qayıdır - Peres söz verdi...

Tarix:

11-03-2019, 21:10

/ 10 321 dəfə oxundu.
Zidan sabahdan “Real”a qayıdır - Peres söz verdi...

İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarır.

GunAz.az xəbər verir ki, bu barədə “La Sexta” nəşri məlumat yayıb. 

Mənbənin sözlərinə görə, bu gün “kral klubu”nun direktorlar şurası fransalı mütəxəssisin geri qaytarılması şərtlərini razılaşdırmaq üçün təcili toplantı keçirib. 

RMC-nin jurnalisti Fred Ermel Zidanın “Real”a qayıtması şərtlərini açıqlayıb. O bildirib ki, klubun prezidenti Florentino Peres Zidana yenidən baş məşqçi olacağı təqdirdə “Real”a daha çox investisiya qoyacağına söz verib:

“Peres Zidana söz verib ki, komandaya böyük investisiya qoyacaq. Bundan başqa, komandanı tərk edəcək oyunçuları müəyyən etmək imkanı olacaq. Bununla yanaşı, Zidan Çempionlar Liqasında iştirak edə bilməsi üçün “Real”ın ilk dördlüyə düşməsini təmin etməlidir”. 

Qeyd edilir ki, artıq sabahdan etibarən Zidan komandanın başına keçəcək. O, bu postda Santyaqo Solarini əvəzləyəcək. 

Zidan “Real”ı 2016-cı ilin yanvarından 2018-ci ilin mayına kimi çalışdırıb. Onun rəhbərliyi ilə komanda üç dəfə Çempionlar Liqasını qazanıb və bir dəfə İspaniya çempionu olub. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ