SON DƏQİQƏ

Bütün dünyanın gözü İspaniyada olacaq

Tarix:

27-02-2019, 15:48

/ 10 296 dəfə oxundu.
Bütün dünyanın gözü İspaniyada olacaq

Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

GunAz.az xəbər verir ki, final uğrunda mübarizədə azarkeşlər ilk olaraq “El Klassiko” həyəcanı yaşayacaq.

Əzəli rəqiblər "Barselona" və "Real Madrid" komandaları sonuncu dəfə İspaniya liqası çərçivəsində 6 fevralda görüşmüşdü. Bu gün kubok uğrunda mübarizə aparacaq komandalardan biri müəyyən itkilərlə qarşılaşıb. Belə ki, “Barselona”da müdafiəçilər Ceyson Murilyo, Tomas Vermalen, yarımmüdafiəçilər Serxi Samper və Kevin Boatenq zədəlidir. Buna görə də bu “El Klassiko”da komandalarına kömək edə bilməyəcəklər.

Madrid klubunda isə ciddi itki yoxdur.

Qeyd edək ki, “Barselona”nın ev sahibliyi etdiyi ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Buna görə də “Real”ın bu gün öz evində sərfəli nəticə əldə etməsi şansı daha çoxdur.

Yarımfinal mərhələsinin digər cavab oyunu isə sabah "Valensiya" və "Betis" arasında baş tutacaq.

İspaniya Kuboku

Yarımfinal / Cavab oyunları

00:00."Real Madrid" - "Barselona"

Baş hakim: Xose Mariya Sançes Martines

Stadion – “Santiyaqo Bernabeu”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ