SON DƏQİQƏ
» » Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi

Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi

Tarix:

21-02-2019, 08:14

/ 10 314 dəfə oxundu.
Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı bəlli olub.

GunAz.az xəbər verir ki, cavab oyununda İspaniya “Sevilya”sı öz meydanında İtaliyanın “Latsio”suna 2:0 hesabı ilə qalib gəlib. Hesabı matçın 20-ci dəqiqəsində Vissam Ben-Yedder açıb, 78-ci dəqiqədə isə Pablo Sarabiya fərqlənib. 

Oyunun 60-cı dəqiqəsində “Sevilya”nın yarımmüdafiəçisi Franko Vaskes ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. 71-ci dəqiqədə isə “Latsio”nun yarımmüdafiəçisi Adam Maruşiç kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb. 

Xatırladaq ki, İtaliyada baş tutan ilk görüşdən “Sevilya” 1:0 hesabı ilə qalib ayrılmışdı. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ