“Qarabağ” qələbə qazandı və “Neftçi”yə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tur start verilib.

GunAz.az-ın xəbərinə görə, günü  ilk qarşılaşmasında “Qəbələ” səfərdə “Sabah” klubunu minimal hesabla məğlub edib.

Matçda yeganə qolu 31-ci dəqiqədə Rauf Əliyev vurub.

Meydan sahibləri oyunun yarısını azlıqda keçiriblər. Belə ki, ilk hissənin sonlarında Marko Deviç qırmızı vərəqə ilə cəzalandırılıb (ikinci sarı).

Günün ikinci qarşılaşmasında isə son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib – 2:0.

“Qarabağ”ın heyətində hesabı 20-ci dəqiqədə Filip ozobiç açıb. Matçın 81-ci dəqiqəsində isə Bədavi Hüseynov ağdamlıların ikinci qoluna imza atıb.

Sabah, fevralın 10-da, XVI turun daha iki qarşılaşması keçiriləcək. 

Lider “Neftçi” doğma meydanda “Keşlə”ni, “Səbail” isə “Zirə” komandasını qəbul edəcək.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]