SON DƏQİQƏ

İsrailli futbolçu “Sumqayıt”da

Tarix:

31-01-2019, 23:10

/ 10 332 dəfə oxundu.
İsrailli futbolçu “Sumqayıt”da

“Sumqayıt” FK növbəti transferini reallaşdırıb.

GunAz.az xəbər verir ki, Sumqayıt klubu son olaraq “Hapoel” (Təl Əviv) klubunda çıxış edən Əmir Ağayevlə müqavilə imzalayıb.

27 yaşlı adıçəkilən futbolçu 1,5 illik sövdələşməyə imza atıb.

Qeyd edək ki, “Bney Yəhuda”nın yetirməsi olan Əmir Ağayev adıçəkilən klubda 2010-cu ildən 2016-cı ilədək çıxış edib (180 oyun, 29 qol). Daha sonra isə Kiprin “Omoniya” (7 oyun, 2 qol) və Qüdsün “Beytar” (5 oyun) klublarının uğurları üçün çalışan Ağayev son olaraq “Hapoel”də (35 oyun, 7 qol) çıxış edib.

İsraildə doğulmuş və bu ölkənin 19 və 21 yaşadək millilərində çıxış etmiş Əmir Ağayev daha əvvəl Azərbaycan mətbuatına verdiyi müsahibəsində ad-soyadının bizim ölkə ilə əlaqəli olmadığını, özünü yəhudi saydığını bildirib.

Onu da bildirək ki, bu, “Sumqayıt”ın qış fasiləsində altıncı transferidir. Daha əvvəl Rəşad Əzizli, Adil Nağıyev, Aydın Bayramov, iranlılar – Peyman Babayi(“Maşin Sazi”dən icarəyə götürülüb – S.M.) və Peyman Keşəvərz komandanın heyətinə daxil edilib.

скачать dle 12.1

Şərhlər