SON DƏQİQƏ
» » Keçmiş "Qalatasaray"lı oyuna çıxmadan qırmızı aldı

Keçmiş "Qalatasaray"lı oyuna çıxmadan qırmızı aldı

Tarix:

16-01-2019, 21:05

/ 10 267 dəfə oxundu.
Keçmiş "Qalatasaray"lı oyuna çıxmadan qırmızı aldı

"Qalatasaray"dan Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer olan Qarri Rodriges meydançaya çıxmadan qırmızı vərəqə alıb.

GunAz.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kral Kuboku matçında "Əl Vaşm"la görüşün 56-cı dəqiqəsində hakimə sərt şəkildə etiraz edib və ikinci sarı vərəqəni alaraq texniki zonadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Əl İttihad" Qarri Rodriges üçün "Qalatasaray"a 10,25 milyon dollar ödəyib. O, yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.

скачать dle 12.1

Şərhlər