SON DƏQİQƏ

Şəhriyar Məmmədyarov heç-heçə etdi

Tarix:

15-01-2019, 23:35

/ 10 317 dəfə oxundu.
Şəhriyar Məmmədyarov heç-heçə etdi

Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.

GunAz.az xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovdan sonra Şəhriyar Məmmədyarov da növbəti turu heç-heçə başa vurub. Qrossmeysterimizin budəfəki rəqibi yarışın lideri rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 2 xalla 6-9-cu yerləri bölüşürlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ