SON DƏQİQƏ

“Çelsi” Benzemanı transfer etmək istəyir

Tarix:

8-01-2019, 23:11

/ 10 292 dəfə oxundu.
“Çelsi” Benzemanı transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu hücumçu axtarışını davam etdirir.

GunAz.az xəbər verir ki, London klubu bu məsələni qış transferi dövründə həyata keçirməyi nəzərdə tutur. Əsas namizədlərdən biri “Real Madrid”in fransalı forvardı Kərim Benzemadır.

Benzemanın “zadəganlar”ın maraq dairəsində olmasına dair xəbərlərə idman mətbuatında əvvəllər də rast gəlinirdi. Fransalı hücumçunun “Paris Sen-Jermen”in diqqət mərkəzində olduğu da məlumdur.

Hücumçu 2009-cu ildən “Real”ın formasını geyinir. O, klubla birlikdə 17 dəfə mükafata sahib olub. Cari mövsümdə İspaniya çempionatında 18 oyunda meydana çıxan 31 yaşlı futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ