SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarov beşinci oldu - Yeni reytinq

Şəhriyar Məmmədyarov beşinci oldu - Yeni reytinq

Tarix:

1-01-2019, 23:38

/ 10 259 dəfə oxundu.
Şəhriyar Məmmədyarov beşinci oldu - Yeni reytinq

URS - “Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib.

GunAz.az xəbər verir ki, bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.

Reytinq əmsalı 2792 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda beşinci yerdədir. İlk onluqda birinci yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2859) tutub. İkinci yerdə amerikalı şahmatçı Hikaru Nakamura (2806), üçüncü pillədə isə fransız Maksim Vaşye-Laqrav (2796) qərarlaşıblar.

Azərbaycan şahmatçılarından daha beş nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2750) 18-ci, Rauf Məmmədov (2713) 37-ci, Eltac Səfərli (2703) 45-ci, Arkadi Naydiç (2699) 48-ci, Qədir Hüseynov (2696) 54-cü yerdədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ