SON DƏQİQƏ
» » Azərbaycan Kubokunda 1/4 final həyəcanı - PREVYU

Azərbaycan Kubokunda 1/4 final həyəcanı - PREVYU

Tarix:

15-12-2018, 15:00

/ 10 280 dəfə oxundu.
Azərbaycan Kubokunda 1/4 final həyəcanı - PREVYU

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. 

 xəbər verir ki, görüşlər iki gün ərzində keçiriləcək. Ötən mövsüm Premyer Liqada ilk dörd yeri tutan komanda mübarizəyə 1/4 finaldan qoşulacaq.

Mərhələyə “Dalğa Arena”da start veriləcək. “Zirə” öz meydanında “Səbail”i qəbul edəcək. Premyer Liqada uğursuz çıxış edən meydan sahibləri bunu kubokda mərhələ keçməklə sığortalamağa çalışacaqsa, qonaqlar hər iki cəbhədə eyni səviyyədə oynamaq iqtidarında olduğunu təsdiqləməlidir.

İlk oyun gününə “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. 11 gündə üç dəfə qarşılaşmalı olan rəqiblər ikinci dəfə paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Çempionatda rəqibini büdrədən qonaqlar yenə uğur qazanmağa köklənibsə, bakılılar son turdakı xal itkisinin əvəzini çıxmaq əzmindədir.

Ötən mövsümün finalçılar ikinci oyun günündə meydana çıxacaq. Öncə “Qəbələ” öz meydanında “Sabah”ı sınağa çəkəcək. İlk dəfə bu mərhələdə çıxış edəcək qonaqlar yarımfinala adlamaq istəyindədirsə, “qırmızı-qarlar” növbəti dəfə 1/4 final səddini keçmək niyyətindədir.

İlk oyunlara “Qarabağ”la “Keşlə”nin matçı ilə yekun vurulacaq. Son çempionla kubokun sahibi üz-üzə gələcək. Ağdam klubu ötənilkindən fərqli, bu dəfə yarımfinala çıxmaq fikrindədir. Paytaxt təmsilçisi isə titulunu qorumaq, həm də çempionatdakı 1:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

15 dekabr

17:00 “Zirə” – “Səbail”
“Dalğa Arena”. Baş hakim: Alik Yunusov

19:00 “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”. Baş hakim: Əliyar Ağayev

16 dekabr

14:00 “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu. Baş hakim: Rəvan Həmzəzadə

19:00 “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu. Baş hakim: Vüqar Həsənli

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ