SON DƏQİQƏ

Güləşçimiz Rusiyada medal qazandı

Tarix:

10-12-2018, 08:30

/ 10 311 dəfə oxundu.
Güləşçimiz Rusiyada medal qazandı

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçirilib.

GunAz.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov və Məhəmmədhacı Xatiyev(hər ikisi 92 kq) yarışda ölkəmizi təmsil edib.

Aslanbek Alborov son anda zədə üzündən xalça üzərinə çıxa bilməyib.

Şərifov bürünc medal qazanaraq, 1000 dollar pul mükafatına sahib çıxıb, Xatiyev isə 1/8 finalda mübarizəni dayandırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ