SON DƏQİQƏ
» » Səmədov həbsdə olan futbolçulara müraciət etdi

Səmədov həbsdə olan futbolçulara müraciət etdi

Tarix:

5-12-2018, 23:55

/ 10 308 dəfə oxundu.
Səmədov həbsdə olan futbolçulara müraciət etdi

Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədovhəbsdə saxlanılan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevə müraciət edib.

GunAz.az xəbər verir ki, Səmədov tezliklə onların azadlığa çıxacaqlarına inandığını bildirib.

“Uşaqlar möhkəm olun. Əminəm ki, hər şey yaxşı olacaq və siz tezliklə bizimlə olacaqsınız. Uğurlar sizə uşaqlar”, - deyə futbolçu Birinci kanalın “Canlı yayım” verilişində deyib.

Qeyd edək ki, dekabrın 5-da Moskvanın Tver rayon məhkəməsi istintaqın vəsatətini təmin edərək A.Kokorin və P. Mamayevin həbs müddətinin uzadılması haqqında qərar çıxarıb. Onlar 2019-cu ilin 9 fevral tarixinədək həbsdə qalacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ