SON DƏQİQƏ
» » “Neftçi” qış çempionu ola biləcəkmi? - PREVYU

“Neftçi” qış çempionu ola biləcəkmi? - PREVYU

Tarix:

1-12-2018, 17:43

/ 10 437 dəfə oxundu.
“Neftçi” qış çempionu ola biləcəkmi? - PREVYU

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. 

GunAz.az xəbər verir ki, turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.

Açılış oyunu “Əlincə Arena”da baş tutacaq. Çempionatın lideri “Neftçi” “Sabah”ın qonağı olacaq. “Ağ-qaralar” qış çempionluğunu rəsmiləşdirmək üçün uduzmamalıdır. Roberto Bordinin yetirmələri bir xal qazansa, yeddi ildən sonra qış çempionluğuna qovuşacaq. “Neftçi” sonuncu dəfə 2011-ci ili lider kimi başa vurub. Ötən tur “Qarabağ”ı büdrədən debütant avrokuboklara iddialı olduğunu ölkənin ən titullu klubuna da göstərməlidir.

İlk oyun gününə Sumqayıtda yekun vurulacaq. Uzun fasilədən sonra doğma arenaya dönən “Sumqayıt” “Səbail”i sınağa çəkəcək. Meydan sahibləri həm təhlükəli zonadan uzaqlaşmaq, həm də yeni baş məşqçisi Ayxan Abbasovla ilk uğurunu qazanmağa iddialıdır. Qonaqlar isə ilk “üçlük”dəki mövqeyini möhkəmlətməyə köklənib.

İkinci oyun günündə “Qəbələ” “Zirə”ni sınağa çəkəcək. Mövsümün ikinci dövrəsində hər oyun qol vuran əyalət klubu ilk matçdakı məğlubiyyətin əvəzini çıxmaq arzusundadır. “Sabah”ın xal itkisi qəbələlilərə irəliləmək üçün imkan da yaradacaq. “Zirə” isə son pillədən qurtulmaq üçün uduzmamalıdır.

Tura “Qarabağ”la “Keşlə” arasında oyunla yekun vurulacaq. AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasına görə bir gün gec keçiriləcək matç da qış çempionluğu baxımından həlledici ola bilər. “Neftçi” “Sabah”a uduzsa, ağdamlıların xal itkisini gözləməlidir. Qurban Qurbanovun yetirmələri isə liderlə fərqin artmaması üçün qalib gəlməlidir. Qonaqlar isə son sıraya düşmək təhlükəsindən uzaqlaşmaq üçün mövsümdə ikinci dəfə çempiondan xal almalıdır.

1 dekabr

16:30 “Sabah” – “Neftçi”
“Əlincə Arena”. Baş hakim: Rəhim Həsənov 

19:00 “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”. Baş hakim: Əliyar Ağayev 

2 dekabr

17:00 “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu. Baş hakim: Vüqar Həsənli

3 dekabr

19:00 “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Alik Yunusov 

Turnir cədvəli

1. “Neftçi” 29
2. “Qarabağ” 24
3. “Səbail” 20
4. “Sabah” 17
5. “Qəbələ” 15
6. “Sumqayıt” 11
7. “Keşlə” 9
8. “Zirə” 9

Bombardir: Baqaliy Dabo (Neftçi) – 7.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ