SON DƏQİQƏ
» » Çempionlar Liqasında səkkiz komanda “play-off”a yüksələ bilər - PREVYU

Çempionlar Liqasında səkkiz komanda “play-off”a yüksələ bilər - PREVYU

Tarix:

27-11-2018, 11:00

/ 10 310 dəfə oxundu.
Çempionlar Liqasında səkkiz komanda “play-off”a yüksələ bilər - PREVYU

Bu gün UEFA Çempionlar Liqasında V tura start veriləcək. 

GunAz.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarının oyunları keçiriləcək.

Almaniya çempionatında işləri yolunda getməyən son Almaniya çempionu bu tur növbəti mərhələyə keçidini rəsmiləşdirə bilər. E qrupunda 1/8 finala yüksəlmək üçün “Bayern”ə bir xal da kifayətdir. Həmçinin, “Ayaks” qalib gəlsə və “Benfika” xal itirsə, növbəti mərhələyə adını yazdıracaq.

F qrupunda bizi turnir cədvəlinin ilk iki pilləsində qərarlaşanların görüşü gözləyir. “Mançester Siti” heç-heçə, “Lion” isə qələbə ilə tur adlaya bilər.

G qrupundakı “Roma” – “Real” matçı isə gecənin görüşü adlandırıla bilər. Madriddəki görüşdə İspaniya təmsilçisi üç cavabsız qolla qalib gəlməyi bacarmışdı. Eyni xala malik komandalardan qalib gələni 1/8 finala yüksələcək. Ancaq ruslar xal itirsə, Romadakı görüşün nəticəsindən asılı olmayaraq, hər iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

H qrupunda da iki komanda 1/8 final şansına malikdir. “Yuventus” qələbə qazanacağı və “Mançester Yunayted”in xal itirəcəyi halda heç-heçə ilə turu adlayacaq. “Qırmızı şeytanlar” isə qələbə ilə qrupdan çıxa bilər. Amma bunun üçün “Valensiya” da Turində xal itirməlidir.

E qrupu

21:55 AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya)
00:00 “Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya)

1. “Bayern” 10
2. “Ayaks” 8
3. “Benfika” 4
4. AEK 0

F qrupu

00:00 “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə)
00:00 “Hofenhaym” (Almaniya) – “Şaxtyor” (Ukrayna)

1. “Mançester Siti” 9
2. “Lion” 6
3. “Hofenhaym” 3
4. “Şaxtyor” 2

G qrupu

21:55 ÇSKA (Rusiya) – “Viktoriya” (Çexiya)
00:00 “Roma” (İtaliya) – “Real” (İspaniya)

1. “Real” 9
2. “Roma” 9
3. ÇSKA 4
4. “Viktoriya” 1

H qrupu

00:00 “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya)
00:00 “Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)

1. “Yuventus” 9
2. “Mançester Yunayted” 7
3. “Valensiya” 5
4. “Yanq Boyz” 1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ