SON DƏQİQƏ
» » Fərhad Əhmədzadə Azərbaycan millisində oynamağa hazırdır

Fərhad Əhmədzadə Azərbaycan millisində oynamağa hazırdır

Tarix:

26-11-2018, 19:08

/ 10 439 dəfə oxundu.
Fərhad Əhmədzadə Azərbaycan millisində oynamağa hazırdır

Azərbaycan əsilli İran futbolçusu, Polşanın “Şlensk” klubunun üzvü Fərhad Əhmədzadə Azərbaycan yığmasında oynamaq arzusundan danışıb. 

GunAz.az xəbər verir ki, bununla bağlı “Azerisport” məlumat yayıb. 

“Əgər yaxşı şərtlər və təklif olsa, mən Azərbaycan milli komandasında oynamağa hazıram. Əgər mənə yığmada çıxış etmək nəsib olarsa, Azərbaycan bayrağı üçün bütün gücümü sərf edəcəm. Özümü buna hazır hesab edirəm”, - futbolçu deyib. 

Onun sözlərinə görə, millidə oynamaq üçün ona təklif gəlməyib. 

“Biz, azərbaycanlılar və türklər vətən uğrunda işləməyi sevirik. Azərbaycana xidmət etmək mənim üçün xoş olardı. Azərbaycan yığmasının heyətində böyük sevgi ilə oynayardım. Bu, həqiqətən də, mənim üçün fəxr olardı”, - F.Əhmədzadə əlavə edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ