Millətlər Liqasının V turu keçirilir, MİLLİMİZ...

Bu gün Millətlər Liqasında V turun son oyunları keçiriləcək.

GunAz.az xəbər verir ki, D Liqasının III qrupunda mübarizə aparan Azərbaycan millisi Farer adaları ilə qarşılaşacaq.

Bu, Qurban Qurbanovun yetirmələrinin son ev oyunu olacaq. İlk iki matçda Bakı Olimpiya Stadionunu 1 xalla tərk edən komandamız doğma azarkeşlər önündə ilk qələbəni qazanmağa çalışacaq.

Millimiz 1-ci yer uğrunda mübarizədəki əsas rəqibi Kosovo ilə səfər matçı öncəsi 3 xal qazanmağa borcludur. Bunun üçün komandamız səfərdə 3 cavabsız qolla darmadağın etdiyi rəqibi evdə yenməlidir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq. Malta və Kosovo yığmaları da eyni vaxtda münasibətlərini aydınlaşdıracaq.

Millətlər Liqası

V tur, 17 noyabr

D Liqası, III qrup

21:00. Azərbaycan – Farer adaları

Bakı Olimpiya Stadionu. Hakimlər: Dimitrios Masias, Marios Kalogerou, Ioannis Lazarou, Omiros Tziortzis, Vasilis Dimitriou, Loukas Sotiriou (hamısı Kipr)

1.

Kosovo

4

2

2

0

6-2

8

2.

Azərbaycan

4

1

3

0

5-2

6

3.

Farer adaları

4

1

1

2

4-7

4

4.

Malta

4

0

2

2

4-8

2

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]