Güləşçimizdən gümüş medal

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

GunAz.az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.

Alyona Kolesnik təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Alyona noyabrın 16-da təsəlliverici görüşə çıxıb. Macarıstan təmsilçisi ilə qarşılaşmanın əvvəlindən üstünlük quran idmançımız son saniyələrdə tuşe ilə qələbə qazanıb. Kolesnik axşam seansında bürünc medal görüşünə çıxıb və Monqolustan təmsilçisinə yenilərək 5-ci yerlə kifayətlənib.

Elis Manolova üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısıyla mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabıyla geri düşən Manolova sona 1 dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında baş tutub. İsveçli rəqibinə də gücünü göstərən Manolova adını finala yazdırıb. Təmsilçimiz noyabrın 16-da axşam seansında final qarşılaşmasını keçirib və yapon rəqibinə uduzaraq gümüş medalçı olub.

57 kq

Bürünc medal görüşü - Alyona Kolesnik - Tserençimed Suxee (MGL) 3:11

Təsəlliverici görüş - Alyona Kolesnik - Tamara Dollak (HUN) 12:3 (tuşe)

1/4 final - Alyona Kolesnik - Aleksandria Rebekka Taun (CAN) 0:10

Təsnifat - Alyona Kolesnik - Elif Yanik (TUR) 6:0

65 kq

Final - Elis Manolova - Ayana Qempey (JPN) 3:7

1/2 final - Elis Manolova - Moa Lena Mariya Niqren (SWE) 8:4

1/4 final - Elis Manolova - Mariya Kuznetsova (RUS) +:- (tuşe)

1/8 final - Elis Manolova - Bolortuya Xurelxuu (MGL) 5:1

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]