SON DƏQİQƏ
» » Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

Tarix:

16-11-2018, 20:25

/ 10 363 dəfə oxundu.
Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

Güney Azərbaycanın “Sulduz” futbol komandası maliyyə sıxıntıları ucbatından liqa yarışlarının üçüncü dəstəsi ilə vidalaşıb.

GunAz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sulduz” klubu İnstaqram səhifəsində məlumat paylaşıb.

“Təəssüf ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik! Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qərbi Azərbaycanın “Sulduz” və “Urmiyə 90” futbol komandaları, həmçinin “Durna” və “Şəhrdari” kimi voleybol komandaları yerli məsulların laqeyd münasibəti nəticəsində bir çox problemlə üz-üzə qalıb.

скачать dle 12.1

Şərhlər