SON DƏQİQƏ
» » PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

Tarix:

14-11-2018, 19:51

/ 10 368 dəfə oxundu.
PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasından kənarlaşdırıla bilər. 

"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, buna səbəb Paris təmsilçisinin maliyyə "fair-play" qaydalarını pozmasıdır. 

Daha öncə mətbuatda Fransa klubunun şişirdilmiş sponsorluq müqavilələri barədə məlumatlar yayılıb. 

Bundan sonra isə UEFA Kilian Mbappe və Neymarın transfer detallarını yoxlamaq qərarına gəlib. PSJ buna görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının C qrupunda 5 xalla üçüncü pillədə qərarlaşıb. 

Xatırladaq ki, İspaniya La Liqasının prezidenti Xavyer Tebas da komandanın Çempionlar Liqasından çıxarılmasını istəyib. 

скачать dle 12.1

Şərhlər