SON DƏQİQƏ

Rafael bu dəfə bürünc qazandı

Tarix:

10-11-2018, 16:35

/ 10 352 dəfə oxundu.
Rafael bu dəfə bürünc qazandı

Madriddə keçirilən böyüklər arasında karate üzrə 24-cü dünya çempionatının beşinci günündə - noyabrın 10-da milli komandamızın üzvü Rafael Ağayev karyerasında ilk dəfə bürünc medala sahib olub.

Azərbaycan Milli Karate Federasiyasından GunAz.az-a verilən məlumata görə, idmançımız üçüncü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolaevi 2:1 hesabı ilə məğlub edib. Bu, Rafael Ağayevin karyerasında ilk bürünc medalı olub.

Xatırladaq ki, bu gün millimizin iki üzvü final yarışında gücünü sınayacaq. Böyüklərin yarışında İrina Zaretska (68 kq) finalda rusiyalı Viktoriya İsaeva ilə qarşılaşacaq.

Sahib Əhədov isə parakarateçilərin yarışında İspaniya təmsilçisi ilə üz-üzə gələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ