SON DƏQİQƏ

Azərbaycan UEFA reytinqində irəliləyib

Tarix:

9-11-2018, 11:48

/ 10 355 dəfə oxundu.
Azərbaycan UEFA reytinqində irəliləyib

Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

GunAz.az-ın "Report"a istinadən məlumatına görə, aktivindəki xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.

Bu, "Qarabağ"ın IV turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdir. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.

Bu isə o deməkdir ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazana bilsə, bu ölkəni də geridə qoyacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ